Nazir: “Mənim də qızım bu il birinci sinifə gedir, elə bilir ki…”

0
432

“I və ll siniflərdə təhsil alan şagirdlər dərslərin keçirilməsində daha çox təsirlərə məruz qalır”.Bunu Təhsil naziri Emin Əmrullayev təhsillə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, məktəblər ənənəvi təhsilə qayıtdıqda ilk növbədə l və ll sinfin qayıtması nəzərdə tutulur:

“Mən də valideynəm. Bu il qızım birinci sinifə gedir və situasiyanı valideyn olaraq görmək imkanım var. Ən azı bizim evdə qızım birinci sinifə başladığı dövrdən onlayn dərsi gördüyü üçün düşünür ki, tədris onlayndır və vəziyyətə bir az fərqli baxır”.