
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin rəisi polkovnik-leytenant Mahir Məmmədyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Onun yerinə hələlik təyinat yoxdur.
Məlumatı BDYPİ-dən təsdiqləyiblər.
Qeyd edək ki, M.Məmmədyarov 2016-cı ilin sentyabrında bu vəzifəyə təyin olunmuşdu.