“Gələn il ümummilli lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə birgə Türkiyə-Azərbaycan hərbi təlimləri keçirəcəyik”.
Bu barədə açıqlamasında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov məlumat verib.
“Məlumdur ki, 2023-cü il həm ümummilli lider Heydər Əliyevin anadan olmasının, həm də Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi şərəfinə hər iki ölkədə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Hərbi sahədə də bizim qardaş ölkə ilə bərabər keçirəcəyimiz təlimlər arasında bu iki tədbir çox önəmli yer tutacaq. Biz ümummilli lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 iliiyi şərəfinə təlimlər keçirəcəyik”, – müdafiə naziri qeyd edib.