
Qarabağın sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam Sənaye Parkının ilk rezidentlərinə qeydiyyat şəhadətnamələri verildi.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.
O bildirib ki, “Dadaş-N” MMC iki hektar ərazidə xalça fabriki inşa edəcək, “Veliev” MMC isə dəmir-beton məmulatlarının istehsalı ilə məşğul olacaq:
“Ümumi investisiya dəyəri 12 milyon manat olan layihələrin reallaşması nəticəsində 140 nəfər daimi işlə təmin ediləcək”.
