Nazir 190 manat üçün müraciət edənlərə imtina cavablarının verilməsinə aydınlıq gətirib

0
549

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev aprel-may ayında bəzi vətəndaşlara birdəfəlik ödəmə (190 manat) ilə bağlı imtina verilməsi məsələsinə aydınlıq gətirib.

Onun sözlərinə görə, bəzi vətəndaşlar var ki, onlar aprel-may aylarında birdəfəlik ödəmə (190 manat) ala bilməmişdilər və düşünürdülər ki, onlara haqsız olaraq imtina verilib:

“Həmin vətəndaşlara kifayət qədər geniş açıqlamalar verilib ki, nazirlik tərəfindən qiymətləndirilmə müxtəlif dövlət qurumlarının elektron bazaları üzərindən aparılıb. Yəni bizə 25 dövlət qurumunun elektron bazası inteqrasiya olundu. Biz imtina səbəblərini də o bazalar üzərində etmişik. Ola bilər ki, hansısa bazalarda müəyyən çatışmazlıq var və ya vətəndaşların öz səhlənkarlığından hansısa məlumatın düzgünlüyü aparılmayıb”.

“Bir misal deyim ki, vətəndaş avtomobili satıb, amma onun adından çıxarılmayıb. Elektron bazada yenə də mülkiyyətçi olaraq həmin şəxsi təqdim edir. Bu zaman onlara imtina cavabı gedir”, – deyə S.Babayev qeyd edib.