Atletika üzrə Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində keçirilən Balkan ölkələrinin çempionatında çıxış edib.
İdmançılarımız yarışda iki medal qazanb.
Milli üzvlərindən Nazim Babayev üçtəkanla tullanmada çempion tituluna yiyələnib. O, 16,92 m nəticə göstərib.
Eyni növdə qadınların yarışında mübarizə aparan Yekaterina Sarıyeva isə 13,50 m nəticə ilə bürünc medal qazanıb.