Qazaxıstanın Mərkəzi Seçki Komissiyası eks-prezident Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın deputatlıq səlahiyyətlərinə son qoyub.
“4 may 2020-ci ildə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının iclası keçirildi və Qazaxıstan Parlamentinin deputatı D.Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi haqqında qərar qəbul edildi”, – deyə Qazaxıstan MSK-dan bildirilib.
Qeyd edək ki, mayın 2-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə senatının spikeri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzalayıb.