Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev koronavirusdan sağalıb.
Bu barədə N.Nazarbayevin mətbuat katibi Aydos Ukibay “Twitter” hesabında yazıb.
O bildirib ki, həkim məsləhəti ilə N.Nazarbayev özünütəcrid vəziyyətində qalacaq.
Xatırladaq ki, N.Nazarbayevin koronavirusa yoluxduğu iyunun 18-də bəlli olub.