Naxçıvan Qarnizonu Qoşunlarında hərbi təyinatlı obyektlərin tikintisi, şəxsi heyətin xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri 2020-ci ilin ötən dövrü ərzində də uğurla davam etdirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb
Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, hərbi şəhərciklərində yeni binalar inşa olunub, istirahət parkları salınıb, hərbi obyektlərdə əsaslı və cari təmir işləri aparılıb.
Hər tərəfdən dağ silsilələri ilə əhatə olunan Naxçıvan Muxtar Respublikasının qışı soyuq və qarlı keçən yüksək dağlıq zonalarında etibarlı müdafiə sistemi qurulub.
Hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq 2020-ci ilin ötən dövrü ərzində 8 müdafiə mövqeyində yeni əsgəri-məişət kompleksi tikilib.