Naxçıvandan Iğdıra böyük axın – 1 ayda 65 min insan Türkiyəyə keçdi

0
311

Türkiyənin Iğdır şəhərinin küçələrində hər addımda Azərbaycan dövlət nömrə nişanlı avtomobillərə rast gəlinir. Bu da səbəbsiz deyil-Türkiyədə dolların bahalaşması və nəticədə məzənnəsi sabit olan Azərbaycan manatının lirə qarşısında dəyər qazanması azərbaycanlıların alış-veriş etmək üçün bu şəhərə axın etməsinə səbəb olub.

Türkiyə KİV-lərinin xəbərinə görə, ötən bir ayda Naxçıvanla sərhəddəki Dilucu sərhəd-keçid məntəqəsindən 65 min Azərbaycan vətəndaşı bu ölkəyə keçib. Hazırda 1 AZN Türkiyədə 8 lirəyə dəyişdirilir və nəticədə azərbaycanlılar üçün Iğdırdan alış-veriş etmək olduqca sərfəlidir. Onlar ərzaq və gündəlik tələbat mallarından tutmuş məişət əşyalarına qədər əllərinə keçən hər şeyi alırlar. Lakin Naxçıvan gömrüyünün onların bəzi malları Türkiyədən gətirməsinə məhdudiyyət qoyduğu haqda da xəbərlər var.

Bir ayda 65 minə yaxın azərbaycanlının Iğdıra getməsi rekord hesab edilir, bildirilir ki, bu axın sayəsində iğdırlı tacirlər də yaxşı alver edə biliblər. Azərbaycanlılar Naxçıvandan Iğdıra təxminən 1 saatlıq yolu avtobuslarla yanaşı həm də öz şəxsi avtomobillərində gedirlər