Ev DÜNYA Naxçıvanda ötən həftə keçirilən hərbi təlimlər erməniləri təşvişə salıb

Naxçıvanda ötən həftə keçirilən hərbi təlimlər erməniləri təşvişə salıb

0
528

Ötən həftə Naxçıvan Qarnizonu Qoşunlarının keçirdiyi komanda-qərargah təlimi işğalçı Ermənistan ictimaiyyətini təşvişə salıb.

ermənilərin “razm.info”, “hayknews.com”, “hayeli.am” və “7or.am” portallarında bununla bağlı yayımlanan məqalələrdə Naxçıvanda keçirilən həmin təlimin Ermənistan ictimaiyyətində narahatlıq yaratdığı bildirilib. Vurğulanıb ki, mürəkkəb relyefli ərazidə tank və ağır artilleriya bölmələrinin, zenit qurğularının praktik atışları, şərti düşmən mövqelərinə aviazərbələrin endirilməsi təlimin əhəmiyyətini təsdiq edən mühüm faktlardır. Keçirilən təlimlərin intensivliyinin Əlahiddə Ümumqoşun Orduya yüksək döyüş təcrübəsi qazandırması işğalçı ölkə ictimaiyyətində ümidsizliklə qarşılanıb.
Fotoların yer aldığı məqalələrdə 2020-ci il aprelin 4-də Naxçıvanda artilleriya bölmələri ilə keçirilən gecə şəraitində döyüş atışlı taktiki təlimlərdən də bəhs olunub. Vurğulanıb ki, keçirilən təlimlərdə yaylım atəşli reaktiv sistemlərdən istifadə olunması, gecə döyüşləri və taktiki yeniliklər xüsusilə diqqətçəkicidir. Bu, dünyanın qabaqcıl ordularına xas olan yeniliklərdir.