Naxçıvan DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

0
159

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə və hərəkət iştirakçılarına müraciət edib.

İdarədən verilən məlumata görə, müraciətdə qeyd olunur:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə həftəsonunadək muxtar respublika ərazisində havanın küləkli və yağıntılı olacağı, fasilələrlə sulu qar və qar yağacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Dövlət Yol Polisi sürücülərdən ehtiyatlı olmağı, sürət həddini və ara məsafəsini nəzarətdə saxlamağı, mövsümə uyğun şinlərdən istifadə eməyi, bir sözlə, texniki cəhətdən nasaz olan avtomobillərdən istifadə etməməyi tövsiyə edir.

Eyni zamanda qarlı hava şəraitinin piyadaların hərəkətində çətinliklər yaradacağını nəzərə alaraq, onlardan məsuliyyətli olmağı, hərərkət zamanı səkilərdən və piyada keçidlərindən istifadə etmələri tövsiyə olunur”.