NATO: “Rusiya Baxmutda hər gün 1500-dək hərbçisini itirir”

0
175

Rusiya qoşunları Ukraynaya hücumda, əsasən də Baxmutda hər gün 1500-ə qədər hərbçisini itirir.

Bunu adının açıqlanmasını istəməyən NATO-nun yüksək rütbəli rəsmisi bildirib.

“Rusiya indiki hücum zamanı əsasən Baxmutda hər gün 1200, 1300 və hətta 1500 hərbçisini itirir. Ölən və yaralananların nisbəti birə üçdür”, – deyə o bəyan edib.

NATO nümayəndəsi əlavə edib ki, Ukrayna gündə hər iki tərəfə “bir neçə min” mərminin atıldığı döyüşlərdə “nisbətən az itki” verir.

Rəsminin sözlərinə görə, Baxmut uğrunda döyüşün nə qədər davam edəcəyi hələ dəqiq deyil. Belə ki, “Ölüm zonası”na çevrilmiş çay kənarı şəhərdə cəbhə xətti boyu gərgin döyüşlər gedir.