NATO rəsmən açıqladı: Rusiya ilə müharibəyə hazırlaşırıq

0
139

NATO yaxın iyirmi ildə Rusiya ilə münaqişəyə hazırlaşdığını açıqlayıb.

Bu barədə NATO Hərbi Komitəsinin sədri Rob Bauer danışıb.

“Biz başa düşməliyik ki, bizim dünyada olmağımız öz-özünə verilən bir şey deyil. Və buna görə də biz Rusiya ilə münaqişəyə hazırlaşırıq”, – NATO rəsmisi bildirib.

Bauer onu da əlavə edib ki, döyüş sursatı və silahların sürətlə istehsalı zərurəti ilə əlaqədar olaraq münaqişəyə hazırlaşmaq “sənaye bazasına güvənməyi” nəzərdə tutur. O, çağırış hərbi xidmətinə qayıtmağın mümkünlüyünü də açıqlayıb.

Bundan əvvəl Bauer Ukraynadakı münaqişənin dalana dirəndiyini. Eyni zamanda o, NATO-nun Kiyevə dəstəyini davam etdirməyə hazır olduğunu vurğulayıb.