NATO onlara çağırış etdi: Ərdoğanla əlaqələri gücləndirin

0
14

NATO ABŞ prezidenti Donald Trampın müttəfiqlərinə qarşı siyasəti və Avropa ölkələri üçün təhlükəsizlik zəmanətlərini geri götürməklə hədələməsi fonunda Aİ və Türkiyəni münasibətlərini yaxşılaşdırmağa çağırıb.

Bu barədə “Financial Times” nəşri yazır.

Qeyd edilir ki, NATO-nun baş katibi Mark Rutte özəl olaraq Aİ liderlərini illərlə davam edən gərgin münasibətlərdən sonra Rəcəb Tayyib Ərdoğanla əlaqələri gücləndirməyə çağırıb.

Bu, Brüsselin Avropanın müdafiə imkanlarının daha da genişləndirilməsi çərçivəsində Türkiyə və Aİ-yə daxil olmayan digər qonşularla əməkdaşlığı genişləndirmək yollarını araşdırdığı vaxta təsadüf edir.

Nəşr xatırladır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya dəstək və daha geniş müdafiə məsələlərini müzakirə etmək üçün bu ayın əvvəlində Avropanın ali hərbi güclərinin Londonda keçirilən toplantısında iştirak edib.

Üç mənbənin bildirdiyinə görə, bu addım Ruttenin fevral ayında Aİ liderləri ilə özəl şam yeməyində çıxışından sonra atılıb. Burada o, Türkiyə ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və orada iştirak edənləri Ankara ilə əlaqə saxlamağa çağırıb.