NATO-nun generalı: “Ukraynadakı münaqişə bu tarixdə bitəcək”

0
211

NATO-nun keçmiş generalı Hans-Lotar Domreze Rusiya və Ukraynanın 2023-cü ildə atəşkəs bağlayacağını ehtimal etdiyini bildirib.

“Berliner Zietung” onun sözlərindən sitat gətirir: “2023-cü ildə atəşkəs əldə edəcəyik”.

Eyni zamanda, Domreze əlavə edib ki, münaqişədə “dalan” yayda gələcək.

Keçmiş general iki tərəf arasında danışıqlarda vasitəçiyə ehtiyac olduğunu da qeyd edib.

Onun fikrincə, bu, BMT-nin Baş katibi Antonio Quterreş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ya Hindistanın Baş naziri Narendra Modi ola bilər