NATO Krıma əks-hücumda Ukraynaya kömək edəcək?

0
146

“NATO qüvvələrinin bir hissəsi Ukrayna Silahlı Qüvvələrinin Krıma əks-hücum əməliyyatına cəlb oluna bilər”.

Bu barədə “Asia Times” nəşri məlumat verib.

Yazı müəllifinin fikrincə, hadisələr belə inkişaf edəcəyi təqdirdə Rusiya öz taktiki nüvə silahı arsenalından istifadə edə bilər.

Həmçinin yazıda qeyd olunub ki, Ukraynanın hücumu yazın sonu, yayın əvvəlinə planlaşdırılıb.

“Bu zaman artıq Qərbin tankları, təyyarələri və döyüş sursatları Ukrayna Silahlı Qüvvələrinin istifadəsində olacaq”, – deyə müəllif qeyd edib