NATO Avropanın şərqində hərbi kontingentini artırmaq istəyir

0
268

NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, ABŞ Hərbi Hava Qüvvələri generalı Tod Uolters Rusiyanın Ukrayna ilə sərhəddə hərbi mövcudluğunun artırılması ilə əlaqədar olaraq alyansın Avropanın şərq sərhədindəki kontingentinin artırılmasını təklif edib.

Qeyd olunur ki, amerikalı general müttəfiq ölkələrin hərbi rəhbərliyi ilə gizli danışıqlar zamanı Baltikyanı, Polşa, Rumıniya və Bolqarıstanda “Enhanced Forward Presence” (EFP) missiyası çərçivəsində hərbi iştirakı artırmaq planlarını müzakirə edib. Bu istiqamətdə Bolqarıstan və Rumıniyada 1500 nəfərlik EFP birləşmələri formalaşdırmaq lazım gələcək.