NASA yaxın beş il ərzində Marsa astronavt göndərməyi mümkün hesab etmir

0
32

NASA yaxın beş il ərzində Marsa astronavt göndərməyi mümkünsüz hesab edir.

Bu barədə NASA-nın rəhbəri vəzifəsini icra edən Canet Petro açıqlama verib.

C.Petro qeyd edib ki, əgər məsələlərə real baxsaq, astronavtların uçuşdan sağ çıxmaları mümkün görünmür.

O bunu ekspedisiyanı böyük təhlükələrin gözləməsi ilə və NASA-nın bu təhlükələr haqqında hələ çox az məlumatlı olması ilə əlaqələndirib.

“Mənim bu istiqamətdə çoxlu sayda adamla müxtəlif söhbətlərim olub. Kiminlə danışmağımdan asılı olmayaraq, heç kim bunun reallaşdırmağın və ya bunun baş tutacağının mümkün olacağını düşünmür”, – deyə Canet Petro bildirib.