ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) tərəfindən 2020-ci ildə Mars planetilə bağlı həyata keçirdiyi layihə sosial şəbəkədə çox sayda insanın diqqətini çəkib.
NASA-nın “Adını Marsa yazdır” kampaniyasına ən çox maraq göstərən ölkələrin arasında Türkiyə birinci olub.
Belə ki, Yer planet üzrə 1 milyon 615 min 864 insan bu layihə ilə bağlı NASA-nın internet səhifəsində qeydiyyatdan keçib.
Türkiyədən isə 308 min 454 nəfər bu proqramında iştirak üçün müraciət edib .
Bildirilib ki, NASA 2020-ci ildə Günəş sistemindəki ən yaxın qonşumuza – Marsa yeni “Rover” kosmik gəmisini göndərəcək. Müraciət edən şəxslərin adları məhz bu kosmik gəmiyə yerləşdiriləcək.
Qeyd edək ki, NASA-nın rəsmi internet səhifəsində adıçəkilən layihə üzrə qeydiyat sentyabrın 30-dək davam edəcək.