NASA kosmosda törədilən ilk cinayət barədə xəbər verdi

0
568

Beynəlxalq Kosmik Stansiyada olarkən astronavt Enn MakKleyn eyni cinsdən olan həyat yoldaşının bank hesabına giriş əldə edib.

NASA bunu kosmosda törədilən ilk cinayət kimi qeydə alıb.

Qadın astronavtın sabiq arvadı Sammer Uorden Federal ticarət komissiyasına şikayət edib.

NakKleyn bu informasiyanı vəkili vasitəsi ilə təsdiqləsə də, pis bir iş gördüyünü düşünmür. Onun sözlərinə görə, sadəcə, keçmiş arvadının maddi durumundan xəbərdar olmaq və onun uşağa qulluq etmək üçün pulunun olub-olmadığını bilmək istəyib.

2018-ci ildə boşananadək qadınlar bir yerdə uşaq tərbiyə ediblər.

BKS qaydalarına görə, kosmosda yerli qanunvericilik qüvvədədir. Astronavtın suçu sübuta yetirilərsə, o, ABŞ qaydaları ilə ittiham olunacaq.