Narkotik satdığına görə həbs edilən Əli Kərimlinin sürücüsü danışdı – VİDEO

0
489

Xəbər verildiyi kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nizami rayon təşkilatının sədri Paşa Umudov həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz narkotik maddə) maddəsi ilə ittiham verilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə P. Umudov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına aparılıb.

Məlumata görə, Paşa Umudov həm də AXCP sədri Əli Kərimlinin sürücüsüdür.

Paşa Umudov haqda sosial şəbəkələrdə maraqlı video paylaşılıb. Videoda ondan narkotik alan şəxslər və Paşa Umudovun özü danışıb.

Həmin videonu təqdim edirik: