Narkotikə görə polis tərəfindən saxlanılan vərəm xəstəsi ÖLDÜ

0
304

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışına və istifadəsinə görə əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Ceyhun Məmmədov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan 4 bükümdə heroin aşkar edilərək götürülüb.

O, dindirilmə zamanı narkotiklərin istifadəsi və satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və C.Məmmədov DİN-in Müvəqqəti Saxlama Yerinə yerləşdirilib.

Lakin C.Məmmədovun uzun müddətdir vərəm və hepatit xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edildiyindən o, xəstəxanaya yerləşdirilib, həkimlərin səyinə baxmayaraq orada vəfat edib.