Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsindən azad edilib.
Bu barədə Səhiyyə Naziri Oqtay Şirəliyev əmr imzalayıb.
14.01.2020-ci il tarixli əmrə əsasən, Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad olunub.
Səhiyyə Nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək, Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.