Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov “Bursaspor”un heyətində Türkiyə I Liqasında növbəti matçını keçirib.
27 yaşlı hücumçu XXXI turun “Kocaelispor”la ev oyununda start heyətdə yer alıb.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Ələsgərov 64-cü dəqiqədə komanda yoldaşı Joao Pedroya məhsuldar ötürmə verərək, qələbə topunun vurulmasında pay sahibi olub. O, 87-ci dəqiqədə yerini Ramazan Keskinə verib.
Bu qələbə sayəsində xalını 31-ə çatdıran “Bursapor” 18-ci pillədə yer alıb. “Kocaelispor” isə 33 xalla 17-cidir.