Naməlum şəxslər fransalı futbolçuya hücum etdi: Avtomobili yandırıldı

0
471

Fransanın birinci liqasında çıxış edən “Stad Brest” klubunun futbolçusu Ronael Pyer-Qabriyelə hücum olub.

Bununla bağlı klub məlumat yayıb.

Bildirilib ki, Almaniyanın “Maynts” klubundan icazəyə götürülən 22 yaşlı futbolçu naməlum şəxslər tərəfindən hücuma məruz qalıb və yaralanıb, avtomobili isə tamamilə yandırılıb.

Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır və son dövrlər bölgədə oxşar hücumlar çoxalıb