Nəşriyyatda etiraz: Jurnalistlər aksiya keçirdilər – FOTO

0
179

Bu gün jurnalistlər “Azərbaycan” nəşriyyatının önündə aksiya keçiriblər.

Aksiyaya səbəb icarə haqlarının 50 faizdən çox artırılması ilə bağlıdır. Aksiya zamanı jurnalistlər öz müraciətlərini nəşriyyat rəhbərliyinə çatdırıblar.

Bildirilir ki, müraciətə cavab sabah saat 10-da veriləcək. Məlumata əsasən, jurnalistlər icarə haqları aşağı salınmayacağı təqdirdə aksiyalara davam edəcəklər.

Məsələ ilə bağlı “Azərbaycan” nəşriyyatının rəhbərliyi hələlik heç bir cavab verməyib.