Nəsli kəsilməkdə olan pələnglərin xilas yolu tapıldı

0
197

Alimlər pələngləri xilas etmək üçün torpağın analizinin aparılmasını təklif edirlər.

Təzə Sumatra pələnginin pəncəsindən torpağın toplanması və təhlili nəsli kəsilməkdə olan növlərin xilasına kömək edə bilər.

Bütün canlı orqanizmlər ətraf mühitə qan, dəri, xəz kimi məhsullar buraxır. Və bu məhsulların tərkibində genetik material var. Bu zaman DNT analizinin vasitəsilə izin kim tərəfindən buraxılması müəyyən edilə bilər.

Bu üsul pələngləri izləməyə və onların müəyyən bir ərazidə dəqiq sayını təyin etməyə kömək edəcək. Bundan əlavə, bu üsul onların sağlamlıq vəziyyətini izləməyə də kömək edir.