Nəsiminin Şamaxıda ucaldılan abidəsi ilə bağlı maraqlı fakt – FOTO

“Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə ərsəyə gətirilib”.

Bunu jurnalistlərə açıqlamasında İmadəddin Nəsiminin rayonda ucaldılmış abidəsinin müəllifi, Əməkdar rəssam Rəşad Ələkbərov deyib.

O, heykəlin hazırlanmasında təxminən 30 nəfərin iştirak etdiyini bildirib:

“Nəsiminin heykəlinin hazırlanmasına beş il sərf olunub. Müasir üslubda ərsəyə gətirilən heykəlin hazırlanmasında 30 nəfərə yaxın peşəkar komanda işləyib. Bu, belə bir üslubda hazırlanmış ilk heykəldir”.