Nəqliyyatda kartlaşma ilə bağlı AÇIQLAMA

0
410

“Yol xəritəsinə əsasən, kartlaşmanın miqrasiyası mart ayının 20 və 21-də, əhalinin az olduğu dövrdə bitməli idi, amma pandemiyaya görə işlər ləngiyib”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Sədr qeyd edib ki, paytaxtda daşıyıcıların 50 faizə yaxınının kartlaşmasının bitməsi nəzərdə tutulmuşdu:

“Yaponiya və Avropadan olan tərəfdaşlarımızla onlayn rejimində sənədləşmə işi bitib”.

“Yerində iş karantin dövrünün bitməsindən sonra olacaq”, – deyə V.Kərimli qeyd edib.