Nəhayət, Fransa da bu qanunu qəbul etdi

0
709

Fransa parlamenti uşaqların valideynləri tərəfindən fiziki yolla cəzalandırılmasını qadağan edən “Etimad məktəbi haqqında” qanunu qəbul edib.

Bununla da Fransa dünyada uşaqların bu cür cəzalandırılmasını qadağan edən sayca 56-cı ölkə olub.

Yeni qanun, həmçinin uşaqları təhqir etməyi, onları danlamağı və ya ələ salmağı qadağan edir. Bundan sonra uşaqları döymək və qorxutmaq Cinayət Məcəlləsinə əlavə edilən maddə üzrə cinayət əməli sayılacaq.

Qeyd edək ki, Fransa sözügedən qadağanı öz qanunlarına hələ də daxil etməyən Avropanın beş ölkəsindən biri idi.