Nəhəng dalğa okean sahilində fotosessiya edən cütlükləri “yuyub” apardı – VİDEO

0
447
Okean sahilində nəhəng dalğa şəkil çəkdirməyə hazırlaşan cütlükləri “yuyub”.

Dominikan Respublikasında yaşanan hadisənin videosunu baş verənləri kənardan izləyən Yoxen Frank özünün “Instagram” hesabında paylaşıb.

Kadrlardan görünür ki, səyyah cütlük “Sosua Ocean Village” turizm kompleksinin sahilində okeanın nəhəng dalğalarını izləyirlər. Qız böyük dalğaların fonunda şəkil çəkdirmək üçün telefonunu çıxardıqda isə su kütləsi tamamilə onların üzərini örtür. Yerə yıxılan gənclər dalğa çəkildikdən sonra yerdən qalxaraq qucaqlaşırlar.

Video sosial şəbəkələrdə böyük maraq qazanıb.