Ev Cəmiyyət MYSHOPS MMC KORONAVIRUSLA MÜBARIZƏYƏ DƏSTƏK FONDUNA QOŞULDU

MYSHOPS MMC KORONAVIRUSLA MÜBARIZƏYƏ DƏSTƏK FONDUNA QOŞULDU

0
398

Cəmiyyətimiz qarşısındakı sosial öhdəliyini hər zaman dərk edən, onun ictimai-sosial rifahının yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirən MyShops MMC bu dəfə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə ölkə başçısının 19 mart tarixli sərəncamı əsasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb. 


Ayrılan vəsait qlobal infeksiyanın Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində aparılacaq mübarizə tədbirlərinin həyata keçirilməsinə xərclənəcək.


“Ölkə vətəndaşlarının sağlam və təhlükəsiz şəraitdə yaşamasının təmini dövlətimizin əsas prinsiplərindəndir. Bu prinsiplərin qorunması təkcə hökümətin deyil, eyni zamanda özəl sektor nümayəndələri kimi bizim də öhdəliyimizdir. Biz bunu şirkətimizin Korporativ Sosial Məsuliyyətinin ayrılmaz parçası kimi görürük. Bütün sahibkarları da pandemiya ilə mübarizədə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na dəstək olmağa çağırırıq” – deyə MyShops-un müdriyyət heyəti bildirib.

Qeyd edək ki, MyShops şirkəti pandemiyaya yoluxma hallarının qarşısının alınması, müştərilərinin və əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatları əsasında bütün təhlükəsizlik tədbirlərinə riayət edir, bu istiqamətdə maarifləndirmə işlərini davam etdirir.