Myanmada Yeni il bayramına görə atəşkəs elan edildi

0
287

Myanma ölkədəki silahlı etnik qruplarla sülh danışıqlarını davam etdirmək və 13-16 aprel tarixlərində dini Yeni il şənliklərini dinc şəraitdə keçirmək üçün ordunun 30 aprelə qədər birtərəfli atəşkəs elan etdiyini bildirib.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə ölkənin baş qərargah rəisi Min Aunq Hlainq xalqa müraciətində açıqlayıb.

Myanma ordusu 8 noyabr 2020 seçkilərindəki saxtakarlıq və ölkədəki siyasi gərginliyin artmasından sonra 1 fevralda hakimiyyəti ələ keçirib.

Təhlükəsizlik qüvvələrinin silahlı müdaxiləsi nəticəsində demokratiya tələb edənlər arasında 536 nümayişçi həyatını itirib.