Myanmada toqquşmalarda daha 83 nəfər öldürüldü

0
366
Myanmada toqquşmalarda daha 83 nəfər öldürüldü

Myanmada son sutkada etirazçılarla güc strukturlarının əməkdaşları arasında baş verən toqquşmalarda 83 nəfər ölüb.

Bununla da fevralın əvvəlindən davam edən toqquşmalarda 701 nəfər öldürülüb. 3102 nəfər həbsdə saxlanılır, 63 nəfər haqqında həbs qərarı verilib, 656 nümayişçinin saxlanılması haqqında isə həbs qərarı çıxarılıb.

Xatırladaq ki, Myanma ordusu fevralın 1-də fövqəladə vəziyyət elan edərək, ölkə rəhbərliyinin hakimiyyətdən uzaqlaşdırıldığını elan edib. Ordu nümayəndələri bunu 2020-ci ilin noyabr seçkilərindəki genişmiqyaslı saxtakarlıqlarla izah ediblər və yeni Nazirlər Kabineti qurublar. Respublika sakinləri isə fevralın əvvəlindən hərbi səlahiyyətlilərə qarşı kütləvi etirazlara başlayıb.