Bildiyimiz kimi gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində aparılan iş üç mərhələdən keçir:
-ilkin anlayışların verilməsi
-Keçirilən əməli işləri onların
əqidəsinə çevirmək
-Nəticədə onlarda əsl vətəndaşlıq,vətənpərvərlik hissləri formalaşır
Ümummilli liderimiz H.Əliyev demişdir:”Gənclərimiz milli ruhda tərbiyə olunmalldır.Milli dəyərlərimizi,milli ənənələrimizi yaxşı bilməyən,tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz.Bu ,sadəcə orduda xidmət etmək deyil,Vətənə sadiq olmaq,Vətəni sevmək,torpaga bagll olmaq—budur vətənpərvərlik””
Bu sahədə işin aparılmasında məktəb muzeyləri, müxtəlif şəxsiyyətlərin xatirə muzeyləri,tarixi abidələr və digər muzeylərin rolu əvəzolunmazdır.
Bu söhbətimizdə Bakıdakı N.Nərimanovun ev muzeyinin respublikamızda yeganə filialı olan Xudatdakı N.Nərimanovun adını daşııyan 2 nömrəli məktəbdəki “Xatirə muzeyində görüləntədbirlərdən söz açacayıq.Muzeyin təntənəli açılışında respubllikamızın adlı-sanlı,tanınmış alimləri,televiziya,kinostudiya,media nümayəndələri,yazıçılar,şairlər, Gürcüstanın Marneuli rayonundan fəxri qonaqlar,rayonun rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Burada Bakıdakı muzeyin hədiyyə etdikləri 22 stenddə 450 yə yaxın foto şəkillərdən başqa, müxtəlif ölkələrin Mədəniyyət Nazirliklərindən toplanmış materiallar, ( vaxtilə)ədibin adını daşıyan elm və təhsil ocaqlarından,kino və tamaşaların aktyorlarına dair və digər maraqlı eksponatlar nümayiş olunub.fəaliyyətə 450 eksponatla başlanan muzeydə beş minə yaxın eksponat nümayiş etdirilmişdi.
Vaxtilə Böyük Vətən Müharibəsində həlak olmuş həmyerlilərimizin,N.Nərimanovun yeganə oglu Nəcəfin döyüşlərdə həlak olub uyudugu Ukraynanın Donetski vilayətindəki məzarından göndərilmiş torpaq və foto sənədlər,Qarabağ döyüşlərində iştirak edib Xocalı soyqırımını çəkərək hamıya çatdiran Milli Qəhrəmanımız Ç.Mustafayevə aid foto-sənədlər,müxtəlif kitablar,Gürcüstandan,Özbəkistandan, Moskvadan,Tatarıstandan,Ukraynadan Sankt-Peterburqdan və s.müxtəlif yerlərdən toplanmış eksponatlar minlərlə tamaşaçı maragına səbəb olmuşdu.
Xalqımız öz fenomen oğulları ilə həmişə fəxr edib.Yeri gəllmişkən qeyd etmək yerinə düşərdi ki,dünya miqyasında tanınan ümummilli liderimiz Heydər Əliyevin N. Nərimanovun xidmətlərinin bərpa olunmasında əvəzolunmaz rolu olmuşdur.Sovet rejimi dövründə N.Nərimanova vurulan damgaların,ona olan təzyiqlərin aradan qaldırılmasında N.Nərimanov kimi şəxsiyyətin fəalliyyətinin düzgün qiymətlləndirilməsi və bərpasında Heydər Əliyevin böyük xidmətləri olmuşdur. O, müstəqil Azərbaycanın Prezidenti olan kimi yenə də əvvəllər olduğu kimi onu müdafiə edərək demişdir:”Son zamanlar N.Nərimanovdan başlayaraq Azərbaycanda bütün siyasi xadimlərin Azərbaycana düşmən olmaları barədə deyilən fikirlərlə heç cür razılaşmaq olmaz.N.Nərimanov öz dövrünün,yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır,böyük siyasi xadimdir.”
Hazırda belə böyük şəxsiyyətlərin,fenomen simaların gənc nəslə çatdırılması ,onların həyat vəə fəaliyyəti ilə tanışlıq,onların ictimai-siyasi baxışlarının düzgün qiymətləndirilməsi vacib və zəruridir..Çünki keçmişini tanımayan,gələcəyini də düzgün dərk etməz.Biz bu sahədə müntəzəm, məqsədəuyğun şəkildə işimizi daim davam etdirmişik.
Belə ki,”N.Nərimanov kim idi?”,”Doktor Nəriman”,”O,kənd müəllimi idi”,”N.Nərimanovun tarixi missiyası”,”Heydər Əliyev–N.Nərimanov haqqında”,”Xalqa ürək5 yandıranın taleyinə biganə qalmaq olmaz”,”N.Nərimanovun Azərbaycanın ərazi bütövlüyü ugrunda mübarizəsi” və s.mövzularda silsilə söhbətlər,müzakirə və disputlar aparılmışdır.
Məktəbin həyətində N.Nərimanovun tuncdan (müəllifi respublikamızın tanınmış heykətaraşı mərhum,Mirəli Mirqasımovdur) abidəsinin ucaldımasını da təmin etdik.
Keçirilən tədbirlərdə abidə önünə tər çiçəklərin qoyulması gənc nəsildə belə şəxsiyyətlərə hörmət və ehtiramın təcəssümünü əks etdirir.
Keçirilən ədəbi- bədii tədbirlərdə gənclərə maraqlı məlumatlar verilib.
Belə ki,NNərimanovun böyük xidmətlərindən biri də,məhz məşhur generallarımız Əliaga Şıxlinski,Səməd bəy Mehmandarovun,dahi bəstəkarımız Üzeyir Hacıbəyovun və b.adlarını onların məhvi üçün Moskvaya göndərilən siyahıdan çıxarılmasına nail olmuşdur.
Rusların Zaqafqaziyanın işğalından sonra Naxçıvanski soyadını qəbul edən Kəngərlilər nəsli Azərbaycanın hərb tarixinə beş general verib:Ehsan xan,İsmayıl xan,Kəlbalı xan,Hüseyn xan vəCəmşid xan Naxçıvanskilər.
Bu nəsil Azərbaycanın hərb tarixində Qacarlardan sonra ən çox general yetişdirən nəsildir.Köhnə rus ordusunda tam süvari generalı rütbəsinialan və”Ag qartal” kimi ali ordenlə təltif olunan ikinci azərbaycanlı hərbiçi H.Naxçıvanski olub.İlk hərbiçi isə azərbaycanlı vitse- admiral İbrahim Allabverdibəy oglu Aslanbəyov(1888),1915- ci ildə isə tam artilleriya generalı Səmədbəy Mehmandarov olmuşdur.
Məktəblilərlə aparılan belə söhbətlərdən sonra onların maraq və arzularını nəzərə alaraq,onlarla birlikdə AzTV- nin “Hərbi -vətənpərvərlik”redaksiyasında olmuş,”Şəhidlər Xiyabanı”na,iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun,türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəsi önünə tər çiçəklər qoymuşlar.
Qarabag müharibəsində on iki ,44 günlük müharibədə isə məktəbin iki məzunu şəhid olmuşdur.
Həmin şəhidlərimizin sənədlərinin toplanıb nümayiş olunmasında muzey üzvləri xüsusi fəalıq göstərmişlər.
Müzey xətti ilə Bakının tarixi yerlərinə,N.Nərimanovun, H.Cavıdın,S.Vurgunun,Ü.Hacıbəyovun, C.Cabbarlının və d.yazıçı və şairlərimizin ev muzeylərində,AMEA – da ,tanınmış yazıçılar,elm adamları iə maraqlı görüşlər gənc nəslin dünyagörüşünü artırmaqla yanaşı onlarda əsl vətəndaşlıq,vətənpərvərlik hisslərini gücləndirir.
Nəzakət Eminqızı(Əhmədova)
AJB- nin üzvü,DAMM-nin Ekspertlər Şurasının sədri,”YAZARLAR”jurnalının əməkdaşı