Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yeni rəhbər təyinatı olub.
Bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Şakir Quliyev təyin edilib.
ETSN-nin mətbuat katibi İradə İbrahimova saytımıza məlumatı təsdiqləyib.
O bildirib ki, bu təyinata qədər Ş.Quliyev 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində müfəttiş vəzifəsində çalışıb.