Türkiyədə aparılan yeni bir araşdırmaya görə, nar qabığı ekstraktı olan qidalar koronavirusu 1 saatda təsirsiz hala gətirir.
Araşdırmada nar qabığı ekstratının koronavirus başda olmaqla MERS, SARS kimi virusları yox etdiyi laboratoriyada sübut olunmuşdur.
Mütəxəxssis professor Gülgün Dilek Arman araşdırma haqqında iddialı danışıb:
“Çalışma ölkəmizdəki akreditə olunan qurum tərəfindən aparılıb. Nar qabığı ekstratı ilə yanaşı sarıkök, zəncəfildən də istifadə edilib. Araşdırmalar göstərir ki, bu bitkilər bir araya gəldiyi zaman 80 faizdən çox təsirlidir. Həmçinin, orqanizmin immun sistemini qoruyur. İtaliyada da bu bitkilərin insan üzərində təsirləri lə bağlı araşdırma aparılıb. 2 həftə ərzində gündə 3 dəfə nar qabığı ekstratı, zəncəfil və sarıkök qarışımından istifadə soyuqdəymənin qarşısını alır. Xüsusən test nəticəsi pozitiv çıxmış xəstələrdə 2 həftə, gündə 3 dəfə istifadəsi 3 saatda PCR testinin neqativə döndərib. Bu udulan bir məhsul deyil. Ağızda tutmaq kifayət edir”.