Mustafayevlə Qriqoryan Qazax sərhədində görüşəcək – Bu kəndlər qaytarılır

0
199

Baş nazirinn müavini Şahin Mustafayevlə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın noyabrın 30-da sərhədin hansı hissəsində görüşəcəyi haqda məlumat yayılıb.

Ermənistan mediası görüşün Qazax-İcevan (Karvansara) sərhədində baş tutacağını yazır.

Görüşdə Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiya və delimitasiyası müzakirə olunacaq.

Görüşün Qazax-İcevan sərhədində keçirilməsi təsadüfi deyil. Çünki delimitasiya prosesində Qazaxın işğal altında qalan 7 kəndinin qaytarılması gündəmdədir və sabah keçiriləcək görüşdə də müzakirə ediləcək məsələlərdən biri bu kəndlər olacaq.