Musa Hümbətov: “75 məhkum cəza çəkməkdən azad edilib”

0
642

Cəza siyasətinin humanistləşdirilməsi, Cinayət Məcəlləsinə edilən çoxsaylı dəyişikliklər nəticəsində bu istiqamətdə ciddi tədbirlər həyata keçirilib.

Bununla bağlı Ədliyyə Nazirliyinin canlı yayımında nazirliyin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov məlumat verib.

O bildirib ki, bu istiqamətdə ölkə prezidentinin 22 may 2020-ci il tarixli Fərmanında verilmiş tapşırıqların icrası məqsədilə Ədliyyə naziri tərəfindən əhatəli əmr imzalanıb və konkret tədbirlər müəyyən edilib:

Sözügedən əmrin icrası ilə bağlı müvafiq Qanunun düzgün və mütəşəkkil təşkili, zəruri metodiki köməkliyin göstərilməsi məqsədilə Probasiya Xidmətində İşçi Qrupu yaradılıb, yerlərə göstərişlər ünvanlanıb.

Qısa müddətdə Qanunun təsiri altına düşən şəxslərin dairəsinin dəqiq müəyyən edilməsi məqsədilə yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumların şəxsi işləri, barələrində qəbul edilən hökmlər diqqətlə öyrənilib.

Bu il avqustun 1-nə olan məlumata görə, yerli probasiya qurumları tərəfindən məhkəmələrə 230-dan çox təqdimat verilib, onlardan 84-nə baxılıb, 75 məhkum cəza çəkməkdən azad edilib”.