Musəvi Bakıya səfir gəldi, yerinə o təyin olundu

0
562

İran Xarici İşlər Nazirliyinə yeni sözçü təyin olunub.

Nazir Məhəmməd Cavad Zərif bu vəzifəyə XİN-in beynəlxalq və siyasi araşdırmalar mərkəzinin araşdırmalar üzrə idarə rəisinin müavini Səid Xətibzadəni təyin edib.

21 ildir XİN-də çalışan S.Xətibzadə Kanada və Almaniyada diplomat kimi də fəaliyyət göstərib.

Qeyd edək ki, sabiq XİN sözçüsü Abbas Musəvi Prezident Həsən Ruhaninin sərəncamı ilə İranın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunub.