Müsəlman kosmonavt üçün milli yeməklər hazırlanacaq: xristian ölkəsində

0
589
Rusiyanın “Kosmik yeməklər Laboratoriyası” sentyabrın sonlarında Beynəlxalq Kosmik Stansiyasına (BKS) uçacaq ilk BƏƏ kosmonavtı Hazza Əl Mansuri üçün ərəb milli yeməklərini hazırlayacaq.
Al Mansuri sentyabrın 25-də “Soyuz MS-15” kosmik gəmidə rus Oleq Skripoçka və amerikalı Jessika Meir ilə birlikdə “BKS”ə gedəcək.
Səkkiz gün ərzində stansiyada qalacaq ərəb kosmonavt oktyabrın 3-də “Soyuz MS-12” gəmisində başqa heyətlə – rus Aleksey Ovçin və amerika Nik Haque ilə birlikdə Yerə qayıdacaq.
Qeyd edək ki, bu uçuş 2019-cu ilin yazında planlaşdırılırdı, lakin 2018-ci ilin oktyabrında “Soyuz-FG” raket daşıyıcısının “Soyuz MS-10” kosmik gəmisində baş vermiş qəzaya görə təxirə salınmışdı.