Bu barədə şounun aparıcısı, xalq artisti Murad Dadaşov məlumat verib.
O, bildirib ki, artıq “Maşın” şounun aparıcılığını etməyəcək:
“Bəli, artıq biz maşının açarlarını təqdim edirik. Bu gün “Maşın” realiti şounun “Maskarad” sürəti bitdi. 18-ci sürətlə bərabər mən də özüm üçün, öz tariximdə maşını bitirdim. Çünki, hesab edirəm ki, biz layihənin ən pik nöqtəsində tamaşaçılarla uzun müddətlik ayrılırıq.
2020-ci ildə biz çox gözəl layihələrlə yenidən tamaşaçılarla olacağıq. “M Grup” prodakşın çox maraqlı layihələr düşünüb. Aparıcısı da mən olacam. İstəmirəm ki, sadəcə “Maşın” şou ilə yadda qalım. Ona görə də özümü yeni layihələrdə də sınayacam. Bizim yeni realiti şoumuz var. Qeyd edim ki, bu da çox maraqlı layihə olacaq. Eyni zamanda əziyyəti də Maşın şoudan çoxdur”- deyə xalq artisti bildirib.