
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.Miniatür iynələr minimal invazivliyə malikdir, buna görə dərmanın tətbiqi ağrıya səbəb olmur.
Qurğu diabet xəstəliyi olan siçanlar üzərində sınaqdan keçirilib. “Ağıllı” sarğı sayəsində siçanlarda yaraların tam sağalması müşahidə edilib.
“Bu, mürəkkəb yaraların sağalması üçün “ağıllı” daşınan qurğuların hazırlanması istiqamətində vacib addımdır” – hazırlamanın müəllifi Ali Tamayol deyib. Bundan başqa, alim əlavə edib ki, sarğını tez-tez dəyişdirməyə ehtiyac yoxdur.