MÜKAFATLAR TƏQDİM EDİLDİ….

0
178

Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında Əli Bəy Azərinin “Mücrü” nəşriyyatında çap olunmiş “Sərhədçi zabitin etirafı”kitabının təqdimatı keçirildi.Təqdimatda respublikamızın tanınmış yazışı və şairləri ,bölgələrdən gəlmiş qonaqlar,Əli Bəyin yaxınları, oxucular iştirak edirdilər. Çıxış edənlər müəllifin ədəbi yaradıcılıgının ugurlarından, sərhəd dəstələrinin yaranışından faktlarla xatirələrdən və bu işdəki nailiyyətlərdən maraqlı məqamları yada saldılar.Sərhəd Xidmətinin rəhbərliyinə minnətdarlıq bildirildi.
Bu sahədə çalışmış ziyalılarımızdan Təranə Məmməd çıxışında redaktoru olmuş “Sərhədçi zabitin etirafı ” kitabı haqqında geniş məlumat verdi.Yazıçı Sadıq Qarayev,AMEA- nın müxbir üzvü Hafiz müəllim,,yazıçı-həkim,dedektiv romanlar müəllifi Nazlı Çələbi ,bu sətirlərin müəllifi ,Etibar Muradxanlı,Şahlar Xuduoglu və başqaları 44 günlük müharibədə- ümumilikdə torpaqlarımızın işgaldan azad edilməsində canlarını qurban vermiş şəhidlərimizə həsr edilmiş əsərlərdən həyəcanla söhbət açdılar.Bu kitabda verilmiş roman və hekayələrdən misallar gətirildi..Ədəbi fəaliyyətindəki nailiyyətlərə və təqdimatı keçirilən “Sərhədçi zabitin etirafı”kitabının ərsəyə gətirilməsi münasibətilə Əli Bəy Azəriyə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin(DAMM) Ekspertlər Şurasının sədri,yazıçı- publisist AJB- nin üzvü Nəzakət Eminqızı DAMM-nin Fəxri Diplomunu ,”Yazarlar” jurnalının təsisçi redaktoru Zaur Ustac Müstəqil Yazarlar Konfederasiyasının”Vintsas”Mükafatını təqdim etdilər.
Ədəbi uğurlarınız bol olsun , Əli Bəy!

Nəzakət Eminqızı,

DAMM- ninEŞ- nın sədri,AJB- nin üzvü,yazıçı- publisist