Rəsmi İslamabadın Hindistana qarşı genişmiqyaslı müharibəyə başlamaqdan başqa seçimi qalmayıb.
Bunu Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib.
“Bizim bundan başqa variantımız yoxdur. Biz onlara eyni addımla cavab verməliyik”, – deyə nazir Pakistan xəbər kanalına müsahibəsində deyib.
O, jurnalistin “Müharibə qapımızdadırmı?” sualına belə cavab verib: “Buna heç bir şübhə yoxdur”.