“Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” ilə bağlı QƏRAR

0
236

“Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Bu Qayda “Veteranlar haqqında” qanuna uyğun olaraq hazırlanıb və müharibə veteranlarının reyestrinin formalaşdırılmasının, aparılmasının, inteqrasiyasının və arxivləşdirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Reyestrin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.