Müharibə başlayır, bu Avropa ölkəsi qorxu içindədir: Əhali “qara gün çamadan”ını hazırlayır

0
40

Almaniyada əhali arasında qorxu dalğası qeydə alınır. Almaniya sakinləri Avropada genişmiqyaslı hərbi münaqişənin qorxusu fonunda kütləvi şəkildə zəruri mallar alır və tətil planlaşdırılar.

Bu barədə “Focus” nəşri yazır. Qəzet alman Maya Bauerdən sitat gətirib: “Mən bu il tətilimi bron edirəm, çünki gələn il bombaların düşüb-düşməyəcəyini bilmirəm”.

Məqalədə qeyd edilir ki, Avropada genişmiqyaslı müharibənin mücərrəd təhlükəsi əhalinin istehlak vərdişlərinə güclü təsir göstərib. Başqa bir alman sakini deyib ki, o, artıq fəlakət zamanı üçün bəzi şeyləri hazırlamağa nail olub.

O, “qara gün çamadanı”na yataq çantası, konservləşdirilmiş yeməklər, batareya ilə işləyən tranzistorlu radio, əlavə batareyalar, dərmanlar və qaz sobası da daxil olmaqla düşərgə ləvazimatları yığdığını bildirib.

Daha əvvəl alman tarixçisi Sönke Neitzel bildirib ki, 2025-ci il Almaniya xalqı üçün son dinc yay ola bilər. Ekspertin fikrincə, Ukrayna münaqişəsi Avropanın digər bölgələrinə də yayıla bilər.