Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri 1350 rus döyüşçüsünü zərərsizləşdirib. İki ölkə arasında münaqişə başlayandan bəri Ukrayna Silahlı Qüvvələri ümumilikdə 925 mindən çox işğalçını öldürüb.
Bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Baş Qərargahı “Facebook”da məlumat yayıb.
Bildirilir ki, 24 fevral 2022-ci ildən 7 aprel 2025-ci ilədək rusların ümumi döyüş itkiləri təqribən belə olub:
Personal – təxminən 925.020 (+1.350) nəfər
Tanklar – 10,567 (+13) ədəd
Döyüş zirehli texnikası – 21 997 (+25) ədəd
Artilleriya sistemləri – 25 817 (+31) ədəd
MLRS – 1356 (+2) vahid
Əməliyyat-taktiki səviyyəli PUA-lar – 31 874 (+28) ədəd
Qanadlı raketlər – 3145 (+15) ədəd
Avtomobil avadanlığı və yük maşınları – 43 120 (+70) ədəd
Xüsusi texnika – 3790 (+1) ədəd