Müdafiə Nazirliyi: “Yalan danışmaq deputata yaraşmaz”

0
412

“Mayın 31-də Milli Məclisin növbəti iclasında deputat Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir”.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib

Nazirlik qeyd edib ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı sual verilməyib:

“Millət vəkilinə xatırladırıq ki, “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən, “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir”.